×
A
A
A
Sazlamalar

Tərtər rayon sakinindən ov tüfəngi götürülüb

Bakı, 23 sentyabr, AZƏRTAC 

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakini E.Quliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-09-23 12:44:00