×
A
A
A
Sazlamalar

Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.
Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar.
Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin ssenarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışlarını yerinə yetirərək şərti düşmən hədəflərini məhv edib.

Ordu 2020-09-23 12:35:00

Video