Tovuzda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yolu keçən kənd sakini İxtiyar Vəliyev naməlum avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, şəhər sakini M.Qasımov Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Hadisə ilə bağlı təhqiqat aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO