×
A
A
A
Sazlamalar

“Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.

Ekologiya 2020-09-23 10:58:00