×
A
A
A
Sazlamalar

“Azeri Light” neftinin bir barreli 42,12 dollara satılır

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 42,12 dollar təşkil edib.
Qeyd edək ki, koronavirusa yoluxma hallarının artmasına dair narahatlıqlar, bəzi ölkələrdə əlavə məhdudiyyətlərin tətbiqi və özəl sektorun məlumatlarına əsasən ABŞ-da neft ehtiyatlarının azaldığının açıqlanması fonunda “qara qızıl”ın qiyməti həftənin əvvəlindən azalır. Belə ki, qiymətdə təxminən iki həftədəki ən kəskin enmə müşahidə olunub və 39 dollar/barrel civarındadır.
Səudiyyə Ərəbistanı bazarı qoruyacağını elan etdikdən sonra neft qiymətləri keçən həftə 10 faiz artmışdı.

 

Neft - qaz 2020-09-23 10:34:00