×
A
A
A
Sazlamalar

Arktikada buzlaqların əriməsi: yeni antirekord

Bakı, 23 sentyabr, AZƏRTAC

Üç milyon yarım kvadrat kilometrdən də bir qədər çox olan Arktikada sahil buzlaqlarının sahəsi tarixi minimum həddə çatıb. Bu barədə ABŞ qar və buz örtüyü üzrə Milli Müşahidə Mərkəzi məlumat verib. AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, bu göstəriciləri müqayisə edən mütəxəssislərin fikrincə, sonuncu dəfə buz örtüyü üzrə oxşar rəqəmlər 42 il əvvəl qeydə alınıb.
Laptevlər və Qrenland dənizləri buzlaqların əriməsindən daha çox zərər çəkib.
Alimlər qeyd edirlər ki, buzlaq sahələrinin yay vaxtı dəyişməsi suyun təbiətdə mövsümi dövriyyəsinə uyğun gəlir. Lakin son illər qış aylarında buz örtüyünün artması əriməni kompensasiya etmək üçün kifayət etmir.
Sərt iqlimə baxmayaraq, Arktika bölgəsi ən kövrək ekoloji sistemlərdən biridir. Bu baxımdan buzlaqların azalması yerli fauna, xüsusən də qütb ayıları üçün çox təhlükəlidir.

Ekologiya 2020-09-23 08:30:00