Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirəcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Avropa Komissiyası “Google”, “Amazon”, “Facebook” və “Apple” kimi böyük rəqəmli şirkətlər üzərində nəzarəti gücləndirmək niyyətindədir. Bu haqda “Financial Times” qəzeti yazıb.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, daxili bazar üzrə Avropa komissarı Tyerri Breton qəzetə belə deyib.
O bildirib ki, bazarda fəaliyyət göstərən böyük şirkətlərin üstün mövqeyi istifadəçilərin və ya daha kiçik rəqiblərin maraqlarını təhdid edərsə, Avropa Birliyi ölkələri həmin şirkətlərə müqavimət göstərmək səlahiyyəti ilə təmin ediləcək.
Onun sözlərinə görə, yeni nəzarət qaydaları hazırlanır. Təkliflər razılaşdırıldıqdan sonra onların Avropa Parlamenti və Avropa Şurası tərəfindən təsdiqlənməsi lazımdır. Belçikanın “Belga” agentliyinin məlumatına görə, qaydalar cari ilin sonunadək təqdim ediləcək. Həmin qaydalara, həmçinin dezinformasiya və şəxsi məlumatların qorunması ilə mübarizə tədbirləri də daxildir.
Bundan əvvəl Avropa orqanları bir sıra korporasiyalar barəsində araşdırma keçiriblər. Onlardan bəziləri cərimələnib.

 

Dünya 2020-09-22 19:22:00