×
A
A
A
Sazlamalar

FHN: Nizami rayonunda yaşayış binasının birinci mərtəbəsində geyim mağazası yanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 150 kvadratmetr olan geyim mağazasının texniki otağında elektrik lövhəsi və əşyalar yanıb, yüksək temperaturdan bir ədəd kondisioner əriyib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2020-09-22 19:16:00