Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ermənistan ordusunda özbaşınalıqlar davam edir

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində böyük səs-küyə səbəb olan cinayət törədilib.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, leytenant Qor Harutyunyanın əsgər Armen Eqnakosyanı küçə söyüşləri ilə təhqir etməsi səbəbindən başlayan mübahisə nəticəsində dava düşüb. Bundan sonra əsgər zabiti öldürmək qərarına gəlib. A.Eqnakosyan izahatında yazıb ki, təhqir edildiyi üçün avtomat silahdan atəş açmaqla və yaxud da qumbara partlatmaqla leytenant Q.Harutunyanı öldürmək istəyib. Səngərə atdığı qumbara partlasa da, zabit xəsarət almayıb.
Əsgər A.Eqnakosyan döyüş mövqeyindən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Dünya 2020-09-22 18:34:00