×
A
A
A
Sazlamalar

Şirvanda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb

Bakı, 22 sentyabr, AZƏRTAC

Şirvan şəhəri ərazisində yolu keçən şəhər sakini Fərqanə Həsənova həmyerlisi Q.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə əlaqədar Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2020-09-22 18:31:00