×
A
A
A
Sazlamalar

“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub

Bakı, 22 sentyabr, AZƏRTAC 

Bu günlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Afaq Əsədovanın elmi redaktorluğu ilə türkiyəli müəllif Mahmud Erol Kılıçın “Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabda müasir türk fəlsəfi-ədəbi fikrinin görkəmli nümayəndəsi Mahmud Erol Kılıçın təsəvvüfün bəşər təfəkkürünün bu günü və sabahı üçün örnək olduğuna dair araşdırması əksini tapıb. Nəşrə “Ön söz”ü Afaq Əsədova yazıb.

Elm və təhsil 2020-09-22 18:11:00