×
A
A
A
Sazlamalar

“Dərs vaxtı” proqramında cədvələ uyğun mövzular təqdim olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 22-si üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda Azərbaycan və rus bölməsi üzrə dərslər izlənilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
Xatırladaq ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Elm və təhsil 2020-09-22 18:01:00