×
A
A
A
Sazlamalar

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən yarım kiloqramdan çox heroin götürülüb

Bakı, 22 sentyabr, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Hüseynov və Z.Məmmədov Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan 528 qramdan artıq heroin götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-09-22 17:46:00