×
A
A
A
Sazlamalar

Tovuzda naməlum avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 21-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yolu keçən kənd sakini İxtiyar Vəliyev naməlum avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hadisə 2020-09-22 17:23:00