×
A
A
A
Sazlamalar

Belarusda koronavirusdan ölənlərin sayı 800-ə yaxınlaşıb

Minsk, 22 sentyabr, AZƏRTAC

Belarusda koronavirusa yoluxanların sayı 76 min 104 nəfərdir.
AZƏRTAC Belarus Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, onlardan 73 min 386-ı sağalaraq evə buraxılıb, 791 nəfəri həyatını itirib.
Ölkədə pandemiya dövründə 1 milyon 744 min 682 test aparılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Dünya 2020-09-22 17:15:00