×
A
A
A
Sazlamalar

FHN: Nizami küçəsində geyim mağazasında baş verən yanğın söndürülüb

Bakı, 22 sentyabr, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunda Nizami küçəsindəki geyim mağazasında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin operativ tədbirləri nəticəsində alınıb.
Əlavə məlumat veriləcək.

Hadisə 2020-09-22 16:59:00