×
A
A
A
Sazlamalar

Paytaxtda Nizami küçəsində yerləşən geyim mağazasında yanğın baş verib

Bakı, 22 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Nəsimi rayonu Nizami küçəsi 91 ünvanında yerləşən geyim mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Yanğın məhdudlaşdırılıb.

Hadisə 2020-09-22 16:23:00