×
A
A
A
Sazlamalar

Yanlış seçilən ayaqqabı ayaqda sağlamlıq problemləri yaradır

Bakı, 22 sentyabr, AZƏRTAC
Bəzən ayaqqabı seçərkən onun yaraşıq və görkəminə üstünlük verilir, rahatlığı isə arxa plana keçir. Lakin bu cür seçilən ayaqqabı sonradan sağlamlıqda müəyyən fəsadlara səbəb olur.
Ayaqqabının içi sürüşkən və sərt olmamalı, ayağın təbii quruluşuna uyğun seçilməlidir. Narahat ayaqqabılardan gündəlik istifadə ayaqda şişkinlik, yara, döyənək və digər xoşagəlməz hallar yaradır.
Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Yanlış seçilmiş ayaqqabılar ayaqlarda döyənəklərin əmələ gəlməsinə, dırnaqların ətə batması, ayaqlarda göbələk xəstəliyi, təkrarlanan burxulmalar, ayaq formasında və barmaqlarda deformasiyalara, qalça və bel nahiyəsində ağrılara səbəb olur. Heç dabanı olmayan ayaqqabılar da ayaq sağlamlığı üçün uyğun deyil. Uşaq ayaqqabılarında isə alçaq topuq, yumşaq dəri və süngər içlikdən istifadə uşaqların rahat yeriməsi və hərəkət azadlığına müsbət təsir göstərir”.

Səhiyyə 2020-09-22 16:09:00