×
A
A
A
Sazlamalar

Yevlax sakinini döyərək pulunu alan şəxslər saxlanılıblar

Bakı, 22 sentyabr, AZƏRTAC

Yevlaxda yaşayan və əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun sentyabrın 11-də daxili qanaxma ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunmuş R.Ramazanov təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 xəncər və 2 bıçaq götürülüb.
Araşdırmalarla onların bu il avqustun 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaları müəyyənləşdirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 127-ci, 182-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Hadisə 2020-09-22 14:30:00