×
A
A
A
Sazlamalar

Balaxanı qəsəbə sakinini döyərək avtomobilini almaqda şübhəli bilinən keçmiş məhkum yaxalanıb

Bakı, 22 sentyabr, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində beş nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi isə sahibinə qaytarılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə 2020-09-22 14:28:00