×
A
A
A
Sazlamalar

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatında bildirilib ki, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.
Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Ordu 2020-09-22 13:36:00

Video