×
A
A
A
Sazlamalar

Bugünkü valyuta hərracında tələb 72,9 milyon dollar olub

Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 72,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2020-09-22 12:29:00