×
A
A
A
Sazlamalar

İndiyədək 86 milyard kubmetrədək “Şahdəniz” qazı ixraca göndərilib

Bakı, 22 sentyabr, AZƏRTAC

İstismara veriləndən cari il sentyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 172,8 milyard kubmetr, “Şahdəniz” yatağından isə 129,1 milyard kubmetr təbii qaz hasil olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu vaxtadək “Şahdəniz”dən 85,7 milyard kubmetr qaz ixraca nəql edilib.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli”dən çıxarılan qaz həcmləri əsasən neft-kondensat hasilatını stabil saxlamaq üçün laylara vurulur. Həmçinin AÇG-də məşəldə yandırılmayan səmt qazı isə əvəzsiz olaraq SOCAR-a verilir. Bu ilin sentyabrına kimi AÇG yataqlarından SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilib. Beləliklə də indiyədək “Azəri-Çıraq-Günəşli”dən çıxarılan 172,8 milyard kubmetr qazın 124,8 milyard kubmetri yenidən laylara vurulub.

Neft - qaz 2020-09-22 12:33:00