Daha 33 Azərbaycan və 13 Qazaxıstan vətəndaşı bu gün Qazaxıstana yola salınıb
Bakı, 22 sentyabr, AZƏRTAC
COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan və bu ölkədə yaşamaq hüququ olan 33 Azərbaycan və 13 Qazaxıstan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib, bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253 Qazaxıstan vətəndaşı və 193 xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb.
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO
Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan neftinin qiyməti artıb
ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib