×
A
A
A
Sazlamalar

Azərbaycanın neft istehsalı 1,8 milyon ton azalıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ölkədə 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,8 milyon ton az olub. Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Neft - qaz 2020-09-22 11:05:00