×
A
A
A
Sazlamalar

Azərbaycan təbii qaz hasilatını 9 faizədək artırıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycanda 8,7 faiz, yəni 2 milyard kubmetr artımla 25,1 milyard kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qaz hasilatının 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 12,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.

Neft - qaz 2020-09-22 10:47:00