×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 21 sentyabr, AZƏRTAC

Paytaxtın Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata görə, bir hektar sahədə qamışlıq və quru ot yanıb.
Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.

 

Hadisə 2020-09-21 19:47:00