×
A
A
A
Sazlamalar

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə iki üsulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya “WhatsApp” mesenceri vasitəsilə:
Bakıdan Naxçıvana uçuşlar üçün: https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919
“WhatsApp”: +99455 204 65 54.
Naxçıvandan Bakıya uçuşlar üçün: https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000886220
“WhatsApp”: +99460 487 30 11
Müraciət etdikdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
Aviaşirkət vətəndaşlardan onlayn forma və “WhatsApp” vasitəsilə eyni vaxtda müraciət etməmələrini xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzi əməkdaşları tərəfindən sorğuların gec cavablandırılmasına səbəb olacaq.
Eyni zamanda, sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd olunan istiqamət üzrə aviabiletlərin əldə olunması ilə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul edilmir.

Nəqliyyat 2020-09-21 17:43:00