Çexiya naziri koronavirus səbəbindən istefa verib
Praqa, 21 sentyabr, AZƏRTAC
Bu gün Çexiya Səhiyyə Nazirliyinin başçısı Adam Voytex istefa verib.
AZƏRTAC “Radio Praqa”ya istinadla xəbər verir ki, “Ano” partiyasının üzvü, son 3 ildə bu vəzifəni tutan nazir qurumun rəhbərliyindən getmək niyyəti barədə bildirib və bu qərarını ölkədə COVID-19 pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqələndirib. Bununla yanaşı, Voytex jurnalistlərə müsahibəsində ölkənin bu ilin yazında koronavirusun birinci dalğasının öhdəsindən yaxşı gəldiyini söyləyib. Müxalifət isə bu fikirlə heç də razı deyil.
Bildirilir ki, ötən bazar yoluxanların siyahısına 985 nəfər əlavə olunub. Bu, ötən həftə ərzində ən aşağı göstərici hesab edilir. Lakin onu da nəzərə almaq lazımdır ki, adətən bazar günlərində iş günlərinə nisbətən daha az vətəndaş test analizləri verir.
Ölkədə paytaxtla yanaşı, Uqerske-Qradişte və Kromerjije şəhərlərində də vəziyyət qənaətbəxş deyil.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar