×
A
A
A
Sazlamalar

Abşeron rayonu ərazisində oğurluq edən şəxslər tutulublar

Bakı, 21 sentyabr, AZƏRTAC

Abşeron rayonu ərazisində oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 17-də rayon ərazisindəki binalardan birinin liftinin 5 min manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş D.Bağırov və Göyçay rayon sakini P.İsmayılov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-09-21 16:31:00