×
A
A
A
Sazlamalar

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran sakinindən səkkiz kiloqrama yaxın marixuana götürülüb

Bakı, 21 sentyabr, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 kiloqram 715 qram marixuana götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-09-21 16:20:00