×
A
A
A
Sazlamalar

Biləsuvarda “Niva” markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb

Bakı, 21 sentyabr, AZƏRTAC

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar şəhər sakini Kamal Ağazadə rayonun Nərimankənd kəndi ərazisində idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini - həmyerlisi Çinarə Abbasova hadisə yerində həlak olublar.
Hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-09-21 15:24:00