×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar

Bakı, 21 sentyabr, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən paytaxt sakini Ə.Ləzimov sentyabrın 10-na keçən gecə rayon ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da avtomobillə birgə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-09-21 15:19:00