×
A
A
A
Sazlamalar

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində 110 nəfər müalicə alır

Bakı, 20 sentyabr, AZƏRTAC 

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildiriblər ki, hazırda reanimasiya şöbələrində 110 nəfər müalicə alır. Xəstələrdən 10-u süni tənəffüs cihazına qoşulub.
Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1858 nəfərdir.

Səhiyyə 2020-09-20 23:21:00