×
A
A
A
Sazlamalar

Sentyabrın 7-dən 13-dək Azərbaycanda yeni növ koronavirus infeksiyasından 1051 nəfər sağalıb

Bakı, 20 sentyabr, AZƏRTAC 

Sentyabrın 7-dən 13-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasından 1051 nəfər sağalıb. Bu, son 3 həftə ərzində ən yüksək göstəricidir.
AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, həmin həftə COVID-19-a 998 yoluxma faktı qeydə alınıb. Həmin göstərici avqustun 17-23-dən etibarən həftələr arasında ən az yoluxma sayıdır. Bununla yanaşı, ötən həftə koronavirusdan 14 nəfər vəfat edib. Ölüm sayı da bir öncəki həftə ilə müqayisədə azalıb.

 

Səhiyyə 2020-09-20 11:35:00