×
A
A
A
Sazlamalar

Evdən elektrik naqili və su mühərrikləri oğurlayan Saatlı rayon sakini yaxalanıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Paytaxtın Nərimanov və Binəqədi rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 18-nə keçən gecə Binəqədi rayonunun Goradil bağlar sahəsindəki evlərin birindən 4495 manat dəyərində elektrik naqili və 2 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Ş.Əhmədov rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Sentyabrın 12-də Bakı şəhər sakini T.Nadirovanın içərisində 690 manat və 2 ədəd bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Nəcəfov isə Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Hadisə 2020-09-19 20:36:00