×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn 2 ədəd “Scania” və “Man” markalı yük nəqliyyat vasitələri saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4600 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2020-09-19 18:48:00