×
A
A
A
Sazlamalar

Ötən ay dəniz limanlarında 665,2 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Avqustda dəniz limanlarında 665,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 645,9 min tonunu tranzit yükləri təşkil edib.
Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2800 olub.

Nəqliyyat 2020-09-19 18:45:00