×
A
A
A
Sazlamalar

Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir

Bakı, 19 sentyabr, AZƏRTAC 

Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayon və Şirvan şəhər gənclər və idman idarələrinin təşkilatçılığı ilə ”Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir” mövzusunda onlayn tədbir keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn tədbirdə ümummilli lider Heydər Əliyevin 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərman imzalaması ilə ölkəmizin narkomaniya kimi bəlanın kökünün kəsilməsi istiqamətində beynəlxalq mübarizəyə qoşulduğu, bu sahədə zəruri qanunvericilik bazasının yaradıldığı vurğulanıb.
Çıxışlarda qeyd olunub ki, regionda yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması istiqamətində təsdiqlənmiş plana uyğun ardıcıl tədbirlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, rayon polis idarələri, təhsil müəssisələri, rayon icra hakimiyyəti başçısının kənd və qəsəbələr üzrə nümayəndəlikləri, qeyri-hökumət təşkilatları, gənclər və idman idarələri ilə birgə həyata keçirilib.
Çıxışçılar narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıblar. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında diskussiyalar aparılıb, onların sualları cavablandırılıb.

Sosial 2020-09-19 18:36:00