×
A
A
A
Sazlamalar

Xaricə gedən azərbaycanlıların 78,6 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

Bakı, 19 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 78,6 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmçinin xarici ölkələrə səfər edən vətəndaşlarımızın 19,1 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatına üstünlük verib.

Nəqliyyat 2020-09-19 18:23:00