×
A
A
A
Sazlamalar

Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir

Bakı, 19 sentyabr, AZƏRTAC

Polis əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Mustafabəyli kənd sakini, əvvəllər məhkum olunmuş Z.Ziyadov saxlanılıb. Axtarış zamanı ondan 445 qram marixuana götürülüb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Qala qəsəbəsi ərazisində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş H.Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 32 çətənə kolu, habelə evindən 260 qrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-09-19 18:05:00