×
A
A
A
Sazlamalar

Marketdən və avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar

Bakı, 19 sentyabr, AZƏRTAC

Paytaxtın Nəsimi və Sabunçu rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi rayonundakı marketlərin birinin anbarından 1280 manat məbləğində pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədzadə rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində avtomobillərin birindən iki min manat məbləğində pul, mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Ə.Babayev və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.

Hadisə 2020-09-19 17:53:00