×
A
A
A
Sazlamalar

Keçən ay dəniz nəqliyyatı ilə 24,6 milyon dollarlıq yük daşınıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Avqustda dəniz nəqliyyatı ilə ümumilikdə 47 min 747 ton yük daşınıb ki, bu yüklərin dəyəri 24,6 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 16,3 min ton yükün dəyəri 6,3 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 31 min 380 ton, dəyəri isə 18,3 milyon dollar təşkil edib.

Nəqliyyat 2020-09-19 17:39:00