×
A
A
A
Sazlamalar

UNEC-də “Zoom” platformasından istifadə qaydaları üzrə təlim keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Zoom” platformasından istifadə qaydaları üzrə təlimlər təşkil olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təlimdə “Zoom” platforması üzrə sistemə daxilolma və ondan çıxış, dərs müddətində proqramın funksionallığından istifadə, habelə tələbə-müəllim ünsiyyətinin qurulması, qrupların yaradılması mövzularında çıxışlar dinlənilib.

Elm və təhsil 2020-09-19 17:29:00