


Ötən il ən populyar və ən çox gəlir gətirən filmlərin reytinq siyahısı açıqlanmışdır
Bakı, 6 yanvar (AzərTAc). Ötən il ən populyar və ən çox gəlir gətirən filmlərin reytinq siyahısı açıqlanmışdır.
AzərTAc “Box Office Mojo”ya istinadla xəbər verir ki, reytinqin lideri “Harri Potter və ölüm ərmağanları: II hissə” filmidir. Bu film dünya miqyasında il ərzində 1 milyard 328 milyon dollar qazanmışdır.
İkinci yerdə 1 milyard 223 milyon dollarla "Transformerlər: Ayın qaranlıq tərəfi" filmi qərarlaşmışdır.
İlk onluğun sonrakı pillələrində "Karib dənizinin quldurları: qəribə sahillərdə" (1,44 milyard), "Kunq-fu Panda 2" (665,7 milyon), "Alatoran. Saqa. Sübh: I hissə" (654,4 milyon), "Forsaj 5" (626,1 milyon), "Oğlan məclisi: Veqasdan Banqkoka" (581,5 milyon), "Şirinlər" (562,5 milyon), "Maşınlar 2" (551,9 milyon) və s. vardır.
Satışlar baxımından isə ilk onluğa "Meymunlar planetinin doğuşu" və "Kapitan Amerika: İlk qisasçı" filmləri baxil olmuşlar.