×
A
A
A
Sazlamalar

Kürdəmirdə pambıq yığımına 200 nəfərədək işçi qüvvəsi cəlb olunub

Kürdəmir, 19 sentyabr, AZƏRTAC

Kürdəmir rayonunda pambıq yığımı sürətlə davam edir və hazırda əl ilə məhsul toplanışı üçün hər gün sahələrə 200 nəfərədək işçi qüvvəsi çıxır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə 1997,5 hektarda pambıq yetişdirilib. Məhsul yığımına mütəşəkkil hazırlıqla başlanılıb. Az vaxtda əl ilə 86,6 tonadək “ağ qızıl” toplanılıb. Yığılan məhsul “Kürdəmir pambıq” Açıq Səhmdar Cəmiyyətinin rayondakı pambıq zavoduna təhvil verilib.
Pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir və demək olar ki, bütün ərazilərdə əkilib. Hər yerdə, o cümlədən daha çox əkilən Kürqırağı ərazilərdə - Şilyan, Qarasu, Sor-Sor, Karrar və bir sıra digər ərzi dairələrində məhsul yığımı daha mütəşəkkil aparılır.
Yetişdirilən məhsulun 90 faizi maşınlarla yığılacaq. Bu məqsədlə 12 pambıqyığan kombayn tam hazır vəziyyətə gətirilib. Hava şəraiti əlverişli keçərsə, 12-15 günə texnika sahələrə çıxarılacaq.

Kənd təsərrüfatı 2020-09-19 15:02:00