Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

COVID-19 peyvəndi aprelədək bütün ABŞ sakinləri üçün əlçatan olacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

ABŞ hakimiyyəti 2021-ci ilin yanvar ayına qədər koronavirusa qarşı 100 milyondan çox vaksin dozasını paylaşdıracaq, aprel ayında isə hər bir amerikalı peyvənd əldə etmək imkanına malik olacaq.
AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, bu barədə Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupunu üzvü Skott Atlas məlumat verib.
“İlin sonuna qədər, ən geci yanvar ayında ölkədə 100 milyondan çox vaksin dozası istehsal olunacaq. Bu vaksinlər gəlin ilin ilk kvartalında peyvənd olunmaları üçün prioritet əsaslarla əhalinin həssas qruplarına, həmçinin koronavirusla mübarizə aparan tibb işçilərinə paylanacaq. Aprel ayından başlayaraq isə peyvənd olunmaq istəyən hər bir amerikalının buna imkanı çatacaq”, - deyə Skott Atlas bildirib. Onun sözlərinə görə, peyvəndləmə könüllülük əsasında aparılacaq.
Qeyd edək ki, ABŞ hakimiyyəti Oksford Universiteti ilə birgə koronavirusa qarşı vaksin hazırlayan Böyük Britaniya və İsveçin birgə “AstraZeneca” əczaçılıq kompaniyasına 1,2 milyard dollar vəsait ayırıb. Bundan başqa, Vaşinqton bu məqsədlər üçün Amerikanın “Moderna” biotexnologiya kompaniyasına 486 milyon dollar, “Johnson & Johnson” əczaçılıq kompaniyasına isə 456 milyon dollar ödəyib. Həmçinin “Merck и Pfizer” kompaniyası da ABŞ-da COVID-19 əleyhinə vaksin üzərində çalışır. Ağ evin məlumatına əsasən, ABŞ administrasiyası indiyədək bu layihələrə 12 milyard dollar investisiya qoyub.

Dünya 2020-09-19 13:24:00