×
A
A
A
Sazlamalar

Azərbaycan diplomatları Budapeştdə memorialın bərpadan sonra açılışında iştirak ediblər

Budapeşt, 19 sentyabr, AZƏRTAC

Budapeştdə, paytaxtın 18-ci rayonunda – Peştsentimredə sovet döyüşçülərinin xatirəsinə ucaldılmış memorialın təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, memorialı Rusiya Federasiyasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Sergeyev açıb. Mərasimdə Azərbaycan Respublikasının, Belarus Respublikasının və Qazaxıstan Respublikasının diplomatik missiyalarının rəhbərləri, Macarıstan paytaxtının 18-ci rayonunun burqomistri, “Közterep” inşaat şirkətinin rəhbərliyi iştirak ediblər.
Təmir-bərpa işləri Rusiya Federasiyasının büdcə vəsaitləri hesabına aparılıb. Bununla yanaşı, ilk dəfə olaraq memorial lövhələrdə Peştsentimredə dəfn olunan 99 qəhrəman sovet döyüşçüsünün adları əbədiləşdirilib.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Siyasət 2020-09-19 12:47:00