×
A
A
A
Sazlamalar

İlin əvvəlindən Ukraynada yanğınlar zamanı 1031 nəfər həlak olub

Kiyev, 19 sentyabr, AZƏRTAC

İlin əvvəlindən Ukraynada yanğınlar zamanı 1031 nəfər həlak olub, 954 nəfər xəsarət alıb.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, evlərdə yanğınların statistikası artmaqdadır. Hesabat dövründə ölkədə 70 minə yaxın yanğın hadisəsi baş verib. Bunlardan 22 min 74-ü yaşayış sektorunda qeydə alınıb.
Dövlət Xidməti əhalini diqqətli olmağa, havaların soyuması nəticəsində qızdırıcılardan ehtiyatla istifadə etməyə çağırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-09-19 13:16:00