×
A
A
A
Sazlamalar

“Qəbələ”nin sabiq futbolçusu Polşa klubu ilə anlaşıb

Bakı, 19 sentyabr, AZƏRTAC

2019/2020-ci il mövsümünün sonunda “Qəbələ” futbol klubundan ayrılan Fernan Lopes karyerasını Polşada davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi “Yagelloniya” komandası ilə 1+1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm “Qəbələ”nin heyətində 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

İdman 2020-09-19 13:07:00